Son sutkada 64 nəfər yoluxub
    • 25-10-2022, 19:19
    • 255

Son sutkada 64 nəfər yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 23 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 743 nəfər müalicə olunaraq sağalıb, 9 min 940 nəfər vəfat edib. Aktiv xəstə sayı 340 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 483, bu günə qədər isə ümumilikdə 7 milyon 309 min 540 test icra olunub.