"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı
    • 23-03-2020, 15:27
    • 1 228

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

News24.az-ın məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.

Bildirilir ki, 5-7 iyun tarixlərində baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının qlobal şəkildə yayılmasıdır. Bu üzdən təşkilatçılar Azərbaycan mərhələsini təxirə salmaq qərarına gəliblər.