-
- 26-10-2022, 22:13
- 635
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının 10 illiyi qeyd olundu
Oktyabrın 26-da Bakıdakı Gülüstan sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Latviya, Xorvatiya, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Gürcüstanın sabiq prezidentləri və baş nazirləri və s. çıxış edib.
"Hər birimiz ümumi işə öz töhfəmizi verir, təcrübəmizi cəmiyyətlə bölüşməyə hazırıq", - deyə Latviya Respublikasının keçmiş prezidenti Vayra Vike-Freyberqa tədbirdə çıxışı zamanı bildirib.
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili çıxışında qeyd edib: "Hesab edirəm ki, 10 ildə gördüyümüz əsas iş dəyərlər mübadiləsi, dünyanın sabitləşməsi və insan ləyaqətinin təbliği üçün ideyalar yaratmağı oldu".
"Mənə elə gəlir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakçılarını birləşdirən əsas odur ki, biz hamımız bir böyük ailə kimi buradayıq, hər kəs qlobal problemlərin ümumi həlli üçün öz baxışını bölüşür", - deyə BMT Baş Assambleyasının keçmiş sədri Volkan Bozkır bildirib. /Trend/