"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib.

Bu barədə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda "Wi-Fi" quraşdlrıla bilər. Bu məsələdə biz özümüz də maraqlıyıq. Amma prosesin yekunlaşacağı tarixi dəqiq deyə bilmərik". /trend/

Teglər: Metro Azərbaycan Bakı Metropoliteni QSC Wi-Fi Açıqlama Hidayət Məmmədov