Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak SAXLANILDI
    • 27-10-2022, 15:03
    • 313

Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak SAXLANILDI

Bakıda tələbə qızlara qarşı əxlaqsız hərəkətlərə yol verən manyak saxlanılıb. 
 
News24.az "Qaynarinfo"-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs mütəmadi olaraq Nizami rayonu, H.Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Yolkalıq” adlanan ərazidən keçən tələbə qızlara qarşı nalayiq hərəkətlərə yol verərək, cinsi orqanını nümayiş etdirib.
 
26 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində eyni yerdə həmin əməli etməsi barədə daxil olmuş şikayət əsasında həmin şəxs Nizami Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Təqsirləndirilən şəxs məhkəmə izahatında bildirib ki, boş vaxtlarında “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Yolkalıq” adlanan ərazidə dayanır, oradan keçən tələbə qızlara cinsi orqanını nümayiş etdirir, amma əxlaqsız təkliflər etmirmiş. Əməlindən peşman olan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edib.
 
Məhkəmədə o da məlum olub ki, manyak Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovun şikayəti əsasında saxlanılıb.
 

 
Akif Cahangirov
 
Bakı Şəhəri Nizami Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı bildirib ki, Bakı Texniki Kollecinin direktorunun tələbə qızlardan daxil olmuş şikayətlər əsasında müraciəti, o cümlədən daha bir xanımın şikayəti əsasında 26 oktyabr 2022-ci il tarixdə, saat 09:30 radələrində sözügedən əraziyə yaxınlaşıblar və barəsində şikayət edilən şəxsi həmin yerdə aşkar ediblər:
 
“Yaxınlaşaraq onu saxlamaq istədikdə həmin şəxs qaçmağa çalışdı. Lakin onu saxlayaraq ərazi üzrə 23-cü Polis Bölməsinə apardıq”.
 
İşə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Hüseynquluoğlunun sədrliyi ilə baxılıb. Məhkəmə təqsirləndirilən şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 10 gün həbs cəzası seçilib.