“Kim? Harada? Nə zaman?” yarışması üzrə məşqçidən yetinkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsızlıq
    • 8-02-2019, 16:19
    • 569

“Kim? Harada? Nə zaman?” yarışması üzrə məşqçidən yetinkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsızlıq

Tatarıstanın paytaxtı Kazanın məşhur məktəblərindən birində müəllim kimi çalışan, eyni zamanda da “Kim? Harada? Nə zaman?” yarışması üzrə məşqçi olan Ayrat Muharlamovun yetinkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsız hıərəkətlər etdiyi ortaya çıxıb.

News24.az xəbər verir ki, müəllim tərəfindən seksual hərəkətlərə məruz qalan 7 şagird bunun uzun zamandır davam etdiyini bildiriblər.

Şikayətçilərin sözlərinə görə A.Muharlamov onlara əxlaqsız müsajlar yazıb, cinsi əlaqədə olmağa və alkoqollu içkilər içməyə məcbur edib. Onun dedikləri razılaşmayan tələbələri isə yarışmadan uzaqlaşdıracağı ilə hədələyib.

Əxlaqsızlıqda günahlandırılan Ayrat Muharlamov deyilənləri qəbul etməyib və tələbərin bu hərəkətinə görə işdən çıxarılmaqla üz-üzə qaldığını bildirib.

Teymur MƏMMƏDOV