Son sutkada neçə nəfər koronavirusa yoluxub?
    • 27-10-2022, 18:04
    • 213

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb..

İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, hazırda 309 aktiv xəstə var. Bu günə qədər 9 942 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 112, bu günə qədər isə ümumilikdə 7 313 756 test icra olunub.