İsrailin müdafiə naziri Türkiyədə səfərdədir
    • 27-10-2022, 20:25
    • 325

İsrailin müdafiə naziri Türkiyədə səfərdədir

İsrailin müdafiə naziri Benyamin Qans Türkiyədə səfərdədir.

News24.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və İsrailin müdafiə naziri Benyamin Qans Ankarada bir araya gəliblər.

Səfərin mühüm əhəmiyyət daşıdığını ifadə edən nazirlər birgə keçirdikləri mətbuat konfransında bildiriblər ki, qarşılıqlı maraq doğuran məsələlər, regional proseslər və sair mövzular ətrafında müzakirələr aparıb, öz mövqelərini çatdırıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nazir Benyamin Qansı qəbul edəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, son aylar Türkiyə-İsrail münasibətlərində normallaşmaya dair mühüm addımlar atılıb. Mövcud vəziyyət regionlar proseslərə müsbət mənada təsir göstərməkdədir.