Fransanın Bakıdakı səfirindən İranla bağlı - PAYLAŞIM
    • 28-10-2022, 00:14
    • 162

Fransanın Bakıdakı səfirindən İranla bağlı - PAYLAŞIM

Fransanın Azərbaycandakı səfiri Zakari Qross iranlı gənclərin dünyəviliyə can atdıqlarını bildirib.

News24.az xəbər verir ki, bu barədə Qross "Twitter" səhifəsində yazıb.

“Hazırda yaxşı xəbər budur ki, iranlı gənclər dünyəviliyə can atdıqlarını açıq şəkildə ifadə edirlər, buna şübhə yoxdur. Bu, onların öz seçimidir. Ən vacibi isə bu, avropalıların paylaşdığı seçimdir. Bu, həm də avropalılarla azərbaycanlıları birləşdirən seçimdir”,- deyə paylaşımda bildirilir.