Bakıda şok hadisə - Satıcı özünü işlədiyi mağazada öldürdü
    • 28-10-2022, 11:20
    • 386

Bakıda şok hadisə - Satıcı özünü işlədiyi mağazada öldürdü

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, dünən günorta saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsi 79-da yerləşən mağazada satıcı işləyən şəxs özünü iş yerində öldürüb.

Belə ki, mağazada satıcı vəzifəsində işləyən gənc oğlan sanitar qovşağa keçib və özünü orada asıb.

Daha sonra sanitar qovşağa daxil olan digər əməkdaşlar dəhşətli mənzərəni görüblər və aidiyyəti üzrə məlumat veriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırmalar aparılır.

Qeyd edək ki, intihar edərək həyatına son qoyan gənc Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Eldəniz oğlu Muradovdur.