Goranboyda dəhşətli hadisə: Özünü güllələyərək öldürdü
    • 29-07-2022, 10:09
    • 297

Goranboyda dəhşətli hadisə: Özünü güllələyərək öldürdü

Goranboy rayonunda dəhşətli intihar hadisəsi qeydə alınıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Goranboy şəhər sakini, 1960-cı il təvəllüdlü Həmidov Nəsib Məhərrəm oğlu özünü dünən axşam yaşadığı M.Məhərrəmov küçəsi 55 ünvanındakı evdə güllələyib. Qarın nahiyəsinə tüfənglə atəş açan kişi aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.

Onun intihar səbəbləri araşdırılır.