"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarıldı
    • 28-10-2022, 12:48
    • 270

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarıldı

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu üçün biletlər satışa çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə “Qarabağ” FK-nın rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), “iTicket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq “Qarabağ” - “Frayburq” qarşılaşması saat 21:45-də başlayacaq.