Konte “Yuventus”a qayıdır?
    • 28-10-2022, 22:28
    • 191

Konte “Yuventus”a qayıdır?

"Yuventus" "Tottenhem"in baş məşqçisi Antonio Konteni komandaya qaytarmaq istəyir.

News24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Bildirilib ki, Turin klubunun rəhbərliyi hazırkı baş məşqçi Massimiliano Alleqrinin işinə şübhə ilə yanaşır, ona görə də onun yerinə yeni namizədləri nəzərdən keçirir.

"Yuventus" inanır ki, Konte gənc oyunçularla yaxşı işləyə bilər. Onun keçmiş klubundan təklif gəlsə, qəbul edəcəyi bildirilir.

"Via Gazetta nəşri isə yazıb ki, Kontenin İtaliya təmsilçisinin Andrea Anyelli ilə münasibətləri düzəlib. Mütəxəssisin "Tottenhem"lə 2023-cü ilin yayı başa çatacaq müqaviləni yeniləməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Konte 2011-2014-cü illərdə "Yuventus"u çalışdırıb.