İranın Zahidan şəhərində naməlum şəxslər insanlara atəş açıb

İranın Zahidan şəhərində naməlum şəxslər insanlara atəş açıb Dünya
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində bu gün baş verən hadisələrdə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası məlumat verib.

Bildirilir ki, naməlum şəxslər çox sayda insanı güllələyib. Hücum zamanı 1 nəfər ölüb, mülki şəxslər və təhlükəsizlik qüvvələrindən 14 nəfər yaralanıb./APA/