İranda ölümlə nəticələnən etiraz aksiyası
    • 29-10-2022, 00:29
    • 266

İranda ölümlə nəticələnən etiraz aksiyası

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində etiraz aksiyaları nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

News24.az-ın məlumatına görə, bu barədə cümə günü İranın Sistan və Bəluçestan vilayətinin valiliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Zahidan şəhərində keçirilən etiraz aksiyalarında silahlı toqquşma qeydə alınıb.