-
- 29-10-2022, 15:12
- 459
Siyavuş Novruzov: "Həqiqətləri səsləndirdiyimə görə çox tənqid olunuram" - MÜSAHİBƏ
"İran günün günorta çağı Araz çayının kənarında ağır texnika ilə təlim keçir. Sual olunur ki, Fars körfəzində bu təlimlər niyə reallaşmır? İrana hücum ancaq bu körfəzdən ola bilər. İranın güc nümayişi etdirməsi mənasızdır. Çünki ordularında 1960-70-ci illərin silahları və texnikaları var".
Bunu News24.az-a müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib.
Müsahibəni təqdim edirik:
- Siyavuş müəllim, hazır elə Milli Məclisdəykən əvvəlcə buradakı vəziyyəti soruşaq. Plenar iclaslarda bəhs etdiyiniz problemlər həllini tapırmı?
- Əgər mümkün variant varsa, çox vaxt səsləndirdiyimiz məsələlər həllini tapır. Yaxud da həmin problemlər növbəti iclasların gündəliyinə daxil edilir. Problemlər qanunvericilik yolu və ya aidiyyəti qurumlarla ünsiyyətin qurulması vasitəsi ilə həll olunur. Qeyd edim ki, Milli Məclisin yükü doğrudan da çox ağırdır.
- Məsələləri səsləndirməklə kifayətlənirsiniz, yoxsa başqa addımlar da atırsınız?
- Təbii ki, başqa addımlar da atılır. Aidiyyəti strukturlara məktublar göndəririk. Daxil olan müraciətlərin hesabatını veririk. Bizim komitəyə il ərzində 3 mindən artıq müraciət daxil olur. Bu müraciətlərin təxminən 70 faizi həllini tapır. Həll olmayan problemlərin isə əsaslı səbəbləri olur.
- Azərbaycan Yazıçılar Birliyinin qurultayında olan qalmaqalı yəqin ki, gördünüz. Bu məsələyə münasibətiniz necədir?
- Dünyada artıq “Yazıçılar Birliyi” praktikası yoxdur. Bu praktika sovet dövründən qalıb. Dünyada oxşar model kimi qeyri-hökumət təşkilatları var. Müxtəlif qrandlar vasitəsi ilə öz fəaliyyətlərini reallaşdırırlar. Azərbaycanda dövlət tərəfindən ədəbiyyata dəstək böyükdür. Cənab Prezident tərəfindən gənc yazarlara müavinətlər verilir, kitabların çap olunmasına vəsaitlər ayrılır. Təbii ki, bu vəsaitlər də hesabatlı olmalıdır. Heç soruşmadan da hər il bu hesabat verilməlidir. Yazıçılar Böyük Vətən Müharibəsi dövründə oynadığı rolu İkinci Qarabağ müharibəsində oynamadılar.
Çingiz Abdullayev böyük yazıçıdır, ən çox çap olunan kitabların müəllifidir, ancaq hesabat tələb olunursa, verilməlidir.
- Siyavuş müəllim, son günlərin aktual mövzularından biri də AzTV-nin sədri Rövşən Məmmədovun Rusiyanın 1-ci kanalında yayımlanan verilişə reaksiyasıdır. Bildiyiniz kimi orada saxta xəritədə qondarma “Dağlıq Qarabağ” rejimini ayrıca dövlət kimi təqdim etmişdilər. AzTV ilk dəfə olaraq Rusiyanın Ukrayna ərazilərini işğal etdiyini, dinc insanları bombaladığını, Moskvanın təcavüzkar siyasət yürütdüyünü və insanlığa qarşı bəşəri cinayət törətdiyini vurğulayıb.
Bu cavabı necə dəyərləndirirsiniz?
- Rusiyanın dövlət kanalında yayımlanan verilişlərə dövlət cavabdehlik daşıyır. Gerçəklik payı olmayan xəritəni, məsələni verilişdə müzakirəyə çıxarıb, ictimaiyyəti çaşdırırlar. Bu baxımdan hesab edirəm ki, tək Azərbaycan Televiziyası yox, digər kanallar da bu məsələ ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. Artıq hücum diplomatiyamız olmalıdır. Biz gözləməməliyik ki, ermənilər hansısa məsələni qaldırsın. Məsələləri biz qaldırmalıyıq, ermənilər cavab verməlidir.
- Yeri gəlmişkən, İran-Azərbaycan münasibətlərində yaranan mövcud reallıq barədə nə deyə bilərsiniz? Çünki son vaxtlar İranla Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində isti münasibətlərin formalaşdığını görürük...
- İranın bizə qarşı mənfi münasibətini hər zaman görmüşük. İran Ermənistanla iqtisadi əlaqələrini kəssəydi Qarabağ münaqişəsi bəlkə də 20 il öncə həll olunmuşdu. İran onlara dəstək göstərməsəydi, öz məhsullarını aşağı qiymətə satmasaydı bu münaqişə həllini tapmışdı.
İran günün günorta çağı Araz çayının kənarında ağır texnika ilə təlim keçir. Sual olunur ki, Fars körfəzində bu təlimlər niyə reallaşmır? İrana hücum ancaq bu körfəzdən ola bilər. İranın güc nümayişi etdirməsi mənasızdır. Çünki ordularında 1960-70-ci illərin silahları və texnikaları var. Körpü salındığını göstərirlər. Dünyada artıq o cür körpülər inşa edilmir. ABŞ-ın piyada əleyhinə maşınları okeanda 20 kilometr dərinlikdə üzürlər. Ona görə də İran öz daxili məsələləri ilə məşğul olsa, daha məqsəduyğun olar. İran həmçinin qonşuları ilə də yaxşı münasibət saxlamalıdır. Ermənistana isə istədiyi silahı sata bilər. Ancaq alınacaq silahların heç birinin əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ordusu kifayət qədər müasir silahlarla təchiz olunub. Bundan əlavə, bu il Ordumuzun büdcəsi xeyli artırılıb.
- Ən çox tənqid olunan deputatlardan birisiniz. Bəzən cəmiyyətdə fikirləriniz birmənalı qarşılanmır. Bunu nə ilə əlaqələndirirsiniz?
- Həqiqəti səsləndirdiyimə görə. 30 ildir siyasətdəyəm, eyni yol ilə gedirəm. Məni istəməyən, paxıllıq edən qüvvələr var, bunu bilirəm. İnsanlar tənqid edib, şərh yaza bilər, bu, normaldır. Ancaq şərhlərə baxıram ki, söyüş yazırlar. Bunun heç bir əhəmiyyəti yoxdur. Oxuyan da başa düşür ki, burada şəxsi qərəzdən başqa bir şey yoxdur.
Müəllif: Məhərrəm Əliyev

Foto/Video: Nicat Niftəliyev