Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb - VİDEO
    • 29-10-2022, 22:35
    • 213

Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb - VİDEO

Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə Bakı Su İdman Sarayı bu ölkənin dövlət bayrağı ilə işıqlandırılıb.

News24.az xəbər verir ki, şəhərin müxtəlif yerlərindən idman sarayının üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Su İdman Sarayı tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Respublikasının yaradıldığı gündür.