Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağı - FOTO
    • 29-10-2020, 20:23
    • 858

Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağı - FOTO

29 Oktyabr – Respublika Günü münasibətilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı proyeksiya olunub.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyənin dövlət bayrağı bu gün Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunub.

“Təşəkkürlər, Azərbaycan!”, - deyə bildirilib.