-
- 1-11-2022, 14:25
- 388
"Soçi görüşündə Paşinyanın ümidləri PUÇA ÇIXDI, yazdığı tezisləri DİNLƏYƏN OLMADI" - ŞƏRH
“Soçi görüşünün ciddi nəticələri olmadı. Sadəcə Praqa görüşünün nəticəsi kimi yadda qaldı”.
Bunu News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Rusiya prezidenti ilə təkbətək görüşdə konkret yazılı tezislərlə çıxış etdi: “Ermənistan tərəfi istəyirdi ki, qəbul ediləcək bəyanat bu tezislər çərçivəsində olsun. Bu tezislərin içərisində Rusiyanın geosiyasi maraqlarına uyğun olanlar da var idi. Sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmasından tutmuş, Rusiyanın məsuliyyət zonasından Azərbaycan Ordusunun çıxarılmasına qədər. Ancaq bu tezislər qəbul olmadı. Azərbaycan birmənalı bəyan etdi ki, Qarabağ məsələsi heç bir ölkə il müzakirə predmeti deyil. Çünki Qarabağ problemi həll olunub. Bundan əlavə, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip var. Bu prinsipləri Qərb dünyası qəbul edib. Azərbaycan sülh müqaviləsinin bu çərçivədə mümkünlüyünü bəyan edib. Bu isə o deməkdir ki, Rusiyanın hazırladığı 15 bəndlik sənəd gələcəkdə sülh müqaviləsinin təməl daşı ola bilməyəcək. Buna görə də Ermənistan istədiklərinə nail ola bilmədi.
Ermənistan Zəngəzurla bağlı bütün kommunikasiyaların nəzarətində öz olması təklifini verib. Onlar hələ də bu təklif üzərində dayanıblar. Bu nüansa görə də kommunikasiyaların açılması məsələsi bəyanata düşə bilmədi. Status-kvonun Qarabağda qalması məsələsi Rusiya və Ermənistanın istəyi ilə müzakirəyə çıxarılsa da, Azərbaycan buna imkan verməyib, bəyanatda da bu məsələ öz əksini tapmayıb”.
Politoloqun fikrincə, Rusiya istəyirdi ki, bütövlükdə Qərbi bu oyundan çıxarsın və prosesə yenidən təkbaşına moderatorluq etsin: “Rusiya sülh müqaviləsində bilavasitə iştirakını təmin etmək istəyir. Ancaq hələ ki reallaşmır. Çünki Sülh Müqaviləsinin mətninin hazırlanması məsələsi Praqada razılaşdırılıb və vaxt məhdudiyyəti qoyulub. Soçi görüşündə isə vaxt məhdudiyyəti qoyulmadı. Hiss olunur ki, Rusiya zamana oynayır. Bu bəyanatda sülhməramlı məsələsinin vaxtının uzadılmaması və “status” məsələsinin olmaması onu göstərir ki, Azərbaycanın maraqları hətta Rusiya çərçivəsində də qəbul olunur. Ancaq bu, Rusiyanı qane etmir. Demək olar ki, Rusiyanın gözləntiləri ciddi mənada alınmadı, sülh müqaviləsi ilə bağlı öz sənədini qəbul etdirə bilmədi. Soçi görüşünün ciddi nəticələri olmadı. Sadəcə Praqa görüşünün nəticəsi kimi yadda qaldı”.