Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb
    • 1-11-2022, 20:15
    • 307

Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb

Şəki rayonunun Sarıca kəndində tövləyə girən canavar 44 baş qoyunu parçalayıb.

News24.az "Report"a istinadən bildirir ki, vəhşi heyvan kənd sakini Zakir Əliyevin həyətyanı sahəsinə soxulub.

Canavar tövlədə olan 44 baş qoyunu parçalayıb. Nəticədə qoyunların hamısı tələf olub.