Pakistanda qatarlar toqquşdu - 36 ÖLÜ
    • 7-06-2021, 08:49
    • 429

Pakistanda qatarlar toqquşdu - 36 ÖLÜ

Pakistanda iki qatarın toqquşması nəticəsində 36 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

News24.az xəbər verir ki, hadisə Sind əyalətində baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb ekspres qatarın relsdən çıxan digər qatara çırpılması olub. 

Pakistan dəmir yolları nümayəndələri qəza nəticəsində dörd vaqon relsdən çıxdığını açıqlayıb. Eyni zamanda, qəzanın baş verdiyi Qotka bölgəsinin komissar müavininin verdiyi məlumata görə, toqquşma nəticəsində təxminən 14 vaqon aşıb, onlardan 8-i tamamilə yararsız hala düşüb.