Çində sürət qatarının relsdən çıxması nəticəsində ölən və yaralılar var
    • 4-06-2022, 21:44
    • 554

Çində sürət qatarının relsdən çıxması nəticəsində ölən və yaralılar var

Çinin cənub-qərbindəki Quizhou əyalətində sürət qatarının relsdən çıxması nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Çinin Dövlət Dəmiryolu Şirkəti məlumat yayıb.
Qeyd olunur ki, ölən şəxs qatarın maşinisti olub.

İlkin məlumata görə, qatar relsin üzərinə palçıq və qrunt sürüşməsi nəticəsində qəzaya uğrayıb.

Xəsarət alanların biri qatar bələdçisi, yeddi nəfər isə sərnişidir. Onlar yerli xəstəxanaya yerləşdiriliblər.

Şirkətdən bildiriblər ki, qalan 136 sərnişin təxliyə edilib.

Qəzanın təhlili göstərib ki, maşinist qatar tuneldə olduğu zaman dəmir yolu xəttində yad cismləri aşkar etdikdə təcili əyləc sistemini işə salıb, daha sonra qatar 900 metrdən çox sürüşüb./Trend.az/