Vaqif İbrahimoğlunun şagirdlərinə qarşı kobud rəftar - QALMAQAL
    • 10-01-2019, 16:49
    • 1 104

Vaqif İbrahimoğlunun şagirdlərinə qarşı kobud rəftar - QALMAQAL

"Yuğ" Dövlət Teatrının keçmiş əməkdaşı, rejissor Ər-Toğrul Kamalov rejissor Mirsahib Ağazadənin teatrdan uzaqlaşdırılmasına münasibət bildirib.

Rejissor bildirib ki, M.Ağazadənin işinə Mədəniyyət Nazirliyi tərəfindən xitam verilib:
"Teatrın rejissoru Mirsahib Ağazadənin işdən çıxarılmasına səbəb kimi nazirliyin məktubu göstərilir. Hələ ki məktubdə yazılanlardan məlumatımız yoxdur. Amma bildirmək istəyirik ki, bu, Vaqif İbrahimoğlunun şagirdlərinə qarşı kobud rəftardır. Bu son iki il ərzində Vaqif müəllimin neçənci tələbəsidir ki, işdən azad edilir. Artıq bununla bğalı teatr aləmində kiçik də olsa, səs-küy və çaxnaşmalar başlayıb. Bir daha qedy etmək istəyirəm ki, teatr rəhbərliyi Mirsahib Ağazadənin işdən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyinin məktubunu göstərib. Nazirlik İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı problemləri həll edə bilmədikcə, digər teatrlarda da oxşar problemlər artacaq. Bu cür yaşamaqdansa, "Yuğ" Teatrının bağlanması Vaqif İbrahimoğlunun ruhuna hədiyyə olar". 
Qeyd edək ki,  Azərbaycan Dövlət "Yuğ" Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub.

//OlkeAz