Yuğ Teatrına yubiley öncəsi şad xəbər -yeni bina veriləcək
    • 5-09-2019, 23:09
    • 2 232

Yuğ Teatrına yubiley öncəsi şad xəbər -yeni bina veriləcək

Azərbaycan Dövlət Yuğ Teatrı 31-ci teatr mövsümünə hazırlaşır.
News24.az xəbər verir ki, teatrın direktoru İslam Həsənov deyib ki, bu il onları böyük və məsuliyyətli işlər gözləyir. Belə ki, teatrın 30 illik yubileyi və teatrın yaradıcısı olan mərhum rejissor Vaqif İbrahimoğlunun 70 illiyinin keçirilməsi nəzərdə tutulur: "Bildiyiniz kimi, bizim teatr hələlik Abdulla Şaiq adına Kukla teatrında məskunlaşıb. Çox sevindiricidir ki, 2022-ci ildə teatrımıza yeni bina veriləcəyi ilə bağlı nazirlikdən bizə məlumat verildi. Təbii ki, 30 illik yubiley ərəfəsində teatrımız üçün bu böyük hədiyyədir. Buna görə ölkə Prezidentinə və Mədəniyyət nazirinə öz təşəkkürümü bildirirəm" - deyə bina məsələsinə aydınlıq gətirən İslam Həsənov qeyd edib.