Avtomobil yolu keçən piyadanı öldürdü
    • 2-11-2022, 12:27
    • 149

Avtomobil yolu keçən piyadanı öldürdü

Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub. 

Bu barədə News24.az-a barədə Daxili İşlər Nazirliyindən məlumat verilib, hadisə noyabrın 1-də saat 19 radələrində baş verib.

Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.