MTV-dəki bu görüntülər müzakirə yaratdı - VİDEO
    • 2-11-2022, 14:26
    • 470

MTV-dəki bu görüntülər müzakirə yaratdı - VİDEO

“MTV Azərbaycan” kanalında yayımlanan “Axşamdan axşama” verilişi sosial şəbəkələrdə müzakirə yaradıb.

News24.az "Olay"-a istinadən xəbər verir ki, buna səbəb sözügedən proqramın dünənki buraxılışında qonaq olan aktrisa Çimnaz Sultanovanın obrazı və şousu olub.

Belə ki, Çimnaz efirə gözündə maska və əli qandallı şəkildə çıxıb. O, bu obrazını “Halloween” bayramı ilə əlaqələndirib.

Həmin kadrlar ötən gündən sosial şəbəkələrdə paylaşılıb. Aktrisanın erotik görüntü verdiyi iddia olunaraq linç edilib.