-
- 4-11-2022, 01:54
- 367
Nəhəng cisim sürətlə Yerə yaxınlaşır – Hara düşəcəyi isə bəlli deyil
Oktyabrın 31-də Çindən kosmosa buraxılan “Long March-5B Y4” raketinin 23 tonluq gövdəsi Yerə doğru hərəkət etməyə başlayıb.
Cisim şənbə gününə qədər Yerə düşəcək.
“Insider”in məlumatına görə, təxminən 10 mərtəbəli bina böyüklüyündə olan raket gövdəsinin hara düşəcəyi bəlli deyil.
Aerokosmos şirkəti “Aerospace Corporation” raketinin bir hissəsinin düşmə zamanı yanacağını, amma çox böyük olduğunu tamamilə yanıb yox olmayacağını bəyan edib. Sosial şəbəkə hesabından raketin düşə biləcəyi təxmin edilən yerlərin xəritəsini paylaşan şirkət raket hissəsinin həm okeana, həm də quru ərazilərə düşmə ehtimalının olduğunu iddia edir.
Dünya ölkələri Çini raket hissəsinin nəzarətsiz şəkildə Yerə qayıtması və insanları təhlükə qarşısında qoyması səbəbilə qınayıblar.
“Menqtian” laboratoriya modulunu daşıyan “Long March-5B Y4” daşıyıcı raketi oktyabrın 31-də Haynan adasından kosmosa buraxılıb. Buraxılışdan 8 dəqiqə sonra daşıyıcı raketdən ayrılaraq müəyyən edilmiş orbitə daxil olub. “Menqtian” modulunun uzunluğu 17.88 metr, atış çəkisi isə 23.3 ton olub. /Teleqraf.com/