Bakı metrosunda qatarların hərəkətində problem yarandı
    • 30-07-2021, 09:48
    • 311

Bakı metrosunda qatarların hərəkətində problem yarandı

"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.

News24.az xəbər verir ki, bu barədə Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur.