Bakıda qadın sürücü dəhşətli qəza törətdi
    • 5-11-2022, 14:44
    • 351

Bakıda qadın sürücü dəhşətli qəza törətdi

Bakıda ağır yol qəzası baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 51 ünvanının qarşısında baş verib.

Qadın sürücü idarə etdiyi “Chevrolet Cruze” markalı, 99 SU 150 nömrə nişanlı avtomobillə yolu keçən qadın piyadanı vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində ölüb.

İlkin araşdırmalardan sonra hadisəni törədən sürücünün Türkanə İbrahimova, ölən şəxsin isə paytaxt sakini Qaqarina Sofya İzyatullaevna olduğu müəyyənləşib.

Sürücü barəsində Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb.