Cəbrayılın bu kəndində insan sümükləri tapıldı
    • 6-11-2022, 11:07
    • 309

Cəbrayılın bu kəndində insan sümükləri tapıldı

Noyabrın 4-də Cəbrayıl rayonunun Çullu kəndində insan sümüklər tapılıb.

News24.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

Yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.