Şəhid oğlundan təsirli ZƏFƏR TƏBRİKİ- - VİDEO
Maraqlı
Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Samirə Kərimova Zəfər Gününə həsr olunan maraqlı layihə təqdim edib.
News24.az xəbər verir ki, "Yaralı torpağın arzusu" adlanan layihənin ideya müəllifi Samirə Kərimovadır. O, şəhid Vahid Alıyevin oğlu Abbasın atası haqda yazdığı esseni səhnələşdirib:
"Şagirlərimə vətənpərvərlik mövzusunda yazı yazmaq tapşırığı vermişdim. Şəhidimizin övladı Abbas tam fərqli bir hekayə qurmuşdu. Düşündüm ki, hekayəni genişləndirim. Zəfər Günü ərəfəsində həm xalqımıza təbrik mesajı olsun, həm də hekayə öz məzmununu tamamlasın. Yazını yazdıqdan 3-4 gün sonra Abbas onu əzbərlədi"- deyə müəllimə bildirib.
Qeyd edək ki, layihəni Ceyhun Əliyevin rəhbərliyi ilə “Absheron Group” lentə alıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
O, oktyabrın 2-də Füzuli rayonu uğrundakı döyüşlərdə şəhid olub.