Taliban qadınlara bunu da QADAĞAN ETDİ
    • 11-11-2022, 12:25
    • 223

Taliban qadınlara bunu da QADAĞAN ETDİ

Taliban qadınların paytaxt Kabildəki əyləncə parklarına və bağlarına getməsini qadağan edib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, qadınların əyləncə parklarına girişini qadağan edən məktublar artıq park və bağ rəhbərliklərinə göndərilib.

Xatırladaq ki, qadağaya qədər kişi və qadınların müxtəlif vaxt intervallarında parklara və bağlara girməsinə icazə verilirdi.

Qeyd edək ki, Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirdikdən sonra qadınların dövlət sektorunda çalışmasını, təhsil almasını və onların təkbaşına səyahət etməsini qadağan edib.