Talibandan əfqan qadınlarına YENİ QADAĞA
    • 7-05-2022, 13:17
    • 275

Talibandan əfqan qadınlarına YENİ QADAĞA

Əfqanıstanı ələ keçirən Taliban yeni qərar qəbul edərək, əfqan qadınların "burka" (niqab) geyinmədən ictimai yerlərə çıxışını qadağan edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan İslam Əmirliyinin üçüncü Ali Baş Komandanı olan və dini lider kimi tanınan və Mövləvi titulu istifadə edən Hibetullah Axundzadənin elan etdiyi yeni qanuna əsasən, Əfqanıstanda qadınlar ictimai yerlərdə ancaq bu paltarı geyinməklə gedə biləcək.

Kabildəki Taliban komandanlıq mərkəzinin qərarını açıqlayan Axundzadə "Qadınlar bundan sonra başdan-ayağa örtən burka geyinəcəklər. Bu həm ənənəvi, həm də dini qaydalara hörmət edən bir görünüşdür" deyib.