Azərbaycanda dəhşətli hadisə - Narkotik aludəçisi özünü öldürdü
    • 12-11-2022, 11:45
    • 260

Azərbaycanda dəhşətli hadisə - Narkotik aludəçisi özünü öldürdü

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata hadisə ötən gün axşam saatlarında rayonun Nərimanabad kəndində baş verib.

Kənd ərazisində 42 yaşlı R.Ağayevin asılmış vəziyyətdə qalan meyiti tapılıb.

İlkin araşdırma zamanı intihar edən şəxsin narkotik vasitə istifadəçisi olması müəyyən edilib.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.