Saatlıda dəhşətli hadisə - 27 yaşlı oğlanın asılmış meyiti tapıldı
    • 25-10-2022, 17:41
    • 329

Saatlıda dəhşətli hadisə - 27 yaşlı oğlanın asılmış meyiti tapıldı

Saatlı rayonunda intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Gomuşçu kəndində yaşayan 1995-ci il təvəllüdlü Orxan Atakişiyev dünən yaşadığı evin həyətində özünü öldürüb.

Onun meyiti yardımçı təsərrüfatda asılı vəziyyətdə aşkar edilib.

Qeyd edilib ki, O.Atakişiyev 2-ci qrup əlil olub.

Onun intihar səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.