Baş prokuror Türkiyəli həmkarlarına başsağlığı verdi
    • 14-11-2022, 11:58
    • 239

Baş prokuror Türkiyəli həmkarlarına başsağlığı verdi

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 13-də İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb.

News24.az xəbər verir ki, terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror, bu dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Həmçinin, Kamran Əliyev Bekir Şahin və Şaban Yılmaza zəng edərək törədilmiş cinayətin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.