İran səfirliyinin qarşısında aksiya cəhdi - DİN-dən açıqlama
    • 15-11-2022, 17:59
    • 293

İran səfirliyinin qarşısında aksiya cəhdi - DİN-dən açıqlama

"Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib".

News24.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.

"Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu gün Müsavat Partiyası İran səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.