-
- 11-12-2021, 16:07
- 514
Bakıda metronun qarşısında qanunsuz toplantı keçirmək cəhdinin qarşısı alındı
Bu gün saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.
News24.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib.
O qeyd edib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Saxlanılan olmayıb.