-
- 16-11-2022, 10:08
- 246
Ermənistan Müdafiə Nazirliyində 4 komandir rüşvətə görə HƏBS OLUNDU
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri vəzifəsini tutan A. V. vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alıb.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Komitə tərəfindən araşdırılan cinayət işində A. V., o cümlədən, həmin hərbi hissənin tağım komandiri T. Ç. yuxarı vəzifəli şəxsə 1500 ABŞ dolları rüşvət verilməsinə köməklik edib. Buna səbəb onların yuxarı vəzifələrə təyin edilməsi göstərilib.
Razılaşmaya əsasən, 2022-ci il martın 12-də T. Ç. 1500 ABŞ dolları məbləğində rüşvəti A.V-ya verib.
Bundan əlavə, A.V. həmin hərbi hissənin tabor komandirinin müavini H. H. ilə yaxın münasibətdə olan S. A. ilə birlikdə və ondan hərbi hissənin müvafiq tabor komandirinin başqa vəzifəyə keçirildiyini öyrənərək H.h-yə köməklik göstərilməsini təklif edib. A.V sözügedən komandir vəzifəsinə təyin olunmaq üçün yuxarı vəzifəli şəxsə rüşvət verib.
Nəticədə, adları açıqlanmayan nazirlik işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət almaqla şübhəli biliniblər. Komandirlər saxlanılaraq, barələrində cinayət işi açılıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqi İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə bu şəxslərin həbs edilməsi barəsində ərizə təqdim edib.
İstintaq hazırda davam edir. /Unikal/