Siçovullar rəqs edə bilir - VİDEO
    • 16-11-2022, 10:18
    • 242

Siçovullar rəqs edə bilir - VİDEO

Boz siçovullar musiqinin ritminə uyğun hərəkət edə bilirlər.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "ScienceMag" nəşrindəki yazıda qeyd edilib. 

Bildirilib ki, eynənən insanlarda olduğu kimi, gəmiricilər üçün də dəqiqədə 120-140 templi 1/4 not kompozisiyalarla sinxronizasiya etmək ən asandır.

Hətta əvvəllər musiqini eşitməyən siçovullar da ritmlə hərəkət etməyə başlayırlar.

Qeyd edilib ki, siçovullardakı bu qabiliyyət anadangəlmədir və bu növlər üçün faydalıdır. Əks halda onu kodlayan genlər təkamül zamanı yox ola bilərdi.

Alimlər insan musiqisinin mənşəyini və beynin audio məlumatı necə emal etdiyini başa düşmək üçün siçovulların rəqs bacarıqlarını öyrənməyə davam edəcəklər.