Bu məbəddə siçovullara ibadət edirlər - FOTO/VİDEO
    • 30-08-2018, 15:55
    • 1 206

Bu məbəddə siçovullara ibadət edirlər - FOTO/VİDEO

  Hindistanın Racastan ştatında dünyanın ən qəribə dini məbədlərindən biri yerləşir və buranın nə az, nə çox düz  1300 nəfər xidmətçisi var.

News24.az xəbər verir ki, bu məbəddə siçovullara qurbanlar gətirilir, siçovullara sitayiş edilir. Karni Mata adlı bu məbəd 1387-ci ildə Hindistanda doğulmuş və siyasi hərəkata rəhbərlik etmiş qadının adı ilə bağlıdır.
Deyilənə görə Karni Mata 150 il yaşayıb və heç kim onun öldüyünü  görməyib. O  kütləni arxası ilə apararkən getdiyi yolda yoxa çıxıb.

İnduslar onu Durqa tanrıçası ilə eyniləşdirirlər və deyilənə görə Tanrı Yama ona siçovul bədənində ölümsüzlük bəxş edib.Elə öz sağlığında tikilən məbəd müqəddəsləşdirilib və burda siçovullar üçün əsl cənnət yaradılıb. İnsanlar burda yaşayan 250 000 siçovula hər gün dadlı yeməklər  gətirilər. Siçovullara  açağı kastadan olan 500 ailə xidmət  göstəriri. Bu məbəddə ölən hər siçovula qızıldan heykəl qoyulur.

Siçovulların əksəriyyəti qaradır. İçərilərində olan çox az sayda ağ siçovullar isə xüsusi müqəddəslər kimi qiymətləndirilir və Karninin törəmələri sayılırlar.

 Ziyarətçilər siçovulların dişlədiyi yeməkdən yeməyi, onların su içdiyi qabdan su içməyi xüsusi ayin kimi qəbul edir və bu ayindən sonra bütün xəstəliklərinin sağaldığını deyirlər. Onlar həmçinin, bu məbədi ziyarət etdikdən sonra böyük uğurlar qazandıqlarını və enerjilərinin artdığını iddia edirlər.

 İlhamə Rəsulova