İstanbulda partlayış: xəsarət alanlar var - VİDEO
    • 17-11-2022, 00:11
    • 270

İstanbulda partlayış: xəsarət alanlar var - VİDEO

Türkiyənin İstanbul şəhərində yaşayış binasında partlayış baş verib.

News24.az Bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Fatih rayonunda baş verən hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Saat 21:00 radələrində baş verən partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.