Ramzan Kadırov AXTARIŞA VERİLDİ
    • 17-11-2022, 12:07
    • 463

Ramzan Kadırov AXTARIŞA VERİLDİ

Ukrayna Daxili İşlər Nazirliyinin saytında dərc olunan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbəri Ramzan Kadırovu axtarışa verib.

News24.az "Sfera.az"-a istinadla xəbər verir ki, Kadırov nazirliyin saytında “ibtidai istintaq orqanlarından gizlənən şəxs” kimi göstərilib və onun fotosu da dərc olunub.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Kadırova qarşı "aqressiv müharibə aparmaq" və "Ukrayna ərazisinin sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlər etmək" daxil olmaqla üç maddə üzrə ittiham irəli sürüb.