-
- 17-11-2022, 13:35
- 328
Qoyun cəsədinə Nərminin paltarından geyindirib, yandırdılar - Məhkəmədə video göstərildi
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
News24.az "APA"-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda insan meyitinin yanma prosesini müəyyən etmək üçün qoyun cəsədi üzərində aparılan eksperiment və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılması videosu nümayiş olunub.
İş üzrə dövlət ittihamçısı meyitin yanma parametrlərinin müəyyən edilməsi üçün qoyun cəsədinin yandırıldığını bildirib.
Təqsirləndirilən şəxsin vəkilləri - Zabil Qəhrəmanov, Əlibaba Rzayev və Murtuzəli Abbasov eksperiment videosu ilə bağlı məhkəməyə çoxsaylı suallar ünvanlayıblar.
Zabil Qəhrəmanov xüsusilə qoyunun bir hissəsinin yanmaması məsələsinə diqqət çəkib. Vəkil Nərmin Quliyevanın cəsədinin tam yandığını xatırladıb:
“Videodan da göründüyü kimi, qoyun torpaqla təmasda olduğu üçün arxa tərəfi qətiyyən yanmayıb. Hətta orda ekspert də, müstəntiqə səslənir ki, arxa tərəf yanmayıb. Bundan sonra benzin töküb tam yandırırlar. Amma Nərminin cəsədində arxa hissəsi tamamilə yanmışdı. Bu eksperimentdə məqsəd o olub ki, yanmanın hansı müddətdə baş verdiyini müəyyən etsinlər. O da alınmadı. Birinci dəfə yandırdılar, gördülər nəzərdə tutduqları vaxt olmadı, yenidən yandırdılar”.
Zabil Qəhrəmanov eksperiment zamanı mümkün olan detalların eyniləşdirilmədiyini qeyd edərək eksperiment videosunun sübutlar siyahısından çıxarılmasını istəyib.
Müzakirə zamanı vəkillərlə məhkəmə heyəti arasında mübahisə olub.
Prosesin davamında İlkin Süleymanovun etirafedici ifadəsinin yerində yoxlanılması kadrları göstərilib.
Müdafiə tərəfi ifadənin yoxlanılması zamanı təqsirləndirilən şəxsə detallı suallar verilmədiyini bildiriblər: “Etirafedici ifadədən söhbət gedirsə, burda ittiham olunan şəxsdən detallı şəkildə soruşulmalı suallar var idi. Məsələn, soruşulmalı idi ki, Nərminin qulağında sırğalar var idi, onları hara qoymusan, əmisigildən gələndə əlində kurtka gəlmişdi o kurtkanı hara qoymusan? Amma bu suallar verilməyib. Bundan başqa, etirafedici ifadədə deyir ki, Nərmini saxladığı pəncərələr bağlı idi, amma sonradan baxılıb ki, pəncərədə ümumiyyətlə, bağlanma yeri yoxdur. Bu və digər məsələlər də göstərir ki, İlkin Süleymanov etirafedici ifadəsində yalan danışıb”, - vəkil Zabil Qəhrəmanov deyib.
Proses noyabrın 21-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.