Maşınla vurub öldürdüyü şəxsin meyitini götürüb apardı – AZƏRBAYCANDA ŞOK HADİSƏ
    • 18-11-2022, 13:12
    • 6 496

Maşınla vurub öldürdüyü şəxsin meyitini götürüb apardı – AZƏRBAYCANDA ŞOK HADİSƏ

Dünən səhər saatlarında Şəmkir-Yeni Həyat yolunun Çaylıdan keçən hissəsində meyiti tapılan şəxsin ölümü ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

News24.az-ın əldə etdiyi məlumata görə, avtomobil tərəfindən vurulduqdan sonra meyiti yol kənarına atılmış 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Yaşar oğlu Məmmədovun əslində meyitin tapıldığı yerdə vurulmaması müəyyənləşib.

Polis tərəfindən aparılan araşdırmalar və texniki yoxlamalar zamanı Seyfəli kənd sakini olan Yalçın Məmmədovun meyitinin tapıldığı yerdən təxminən 15-20 kilometr uzaqlıqdan oraya gətirilməsi üzə çıxıb.

Belə ki, naməlum avtomobil Seyfəli yolunda Yalçını vurub öldürdükdən sonra onun meyitini maşına qoyub. Həmin şəxs və ya şəxslər meyiti özləri ilə təxminən 20 kilometr gətirdikdən sonra Çaylıda yol kənarına atıblar və hadisənin həmin yerdə baş verməsi mənzərəsi yaratmağa çalışıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.