Bakıda çoxmərtəbəli binanın tikintisində QORXU DOLU ANLAR - VİDEO
    • 18-11-2022, 14:19
    • 398

Bakıda çoxmərtəbəli binanın tikintisində QORXU DOLU ANLAR - VİDEO

Bakıda bir sıra çoxmərtəbəli binaların tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına rast gəlinir.

News24.az xəbər verir ki, noyabrın 17-də Yasamal rayonu Yeni Yasamal yaşayış massivində - Kənar dairəvi yolun sağında tikilən binalarda da eyni hal yaşanır.

Hava şəraiti və kənar təsirlərə qarşı işçilər təhlükəsizlik vasitələri ilə təmin edilməli olsalar da, onlar təhlükəli şəraitdə işləyirlər. Qəlibçinin binanın üzərində və hər an ölüm təhlükəsi ilə üzüzə qalaraq işinə davam etməsi ətrafdakı insanların da narahatlığına səbəb olub.

Qeyd edək ki, Bakıda və ətraf ərazilərdə çoxmərtəbəli bina tikintisi zamanı tez tez fəhlə və usta ölümləri baş verir.