-
- 18-11-2022, 15:30
- 436
“İsrail bizim DOSTUMUZDUR, İrana hörmət edirdik, ancaq DƏYMƏZMİŞ” – Azərbaycanlı DEPUTAT
Bu gün Milli Məclisdə Azərbaycanın İsraildə səfirlik açması məsələsi müzakirə olunub. Parlamentə təqdim olunan qanun layihəsinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əviv şəhərində yerləşəcək.
Məsələ ilə bağlı News24.az-a danışan millət vəkili Aqil Abbas bildirib ki, Azərbaycanın İsraildə səfirliyi çoxdan açılmalı idi:
“Hələ gecikmişik. İsrail bizim dostumuzdur. Bunu İsrailin addımlarında görmüşük, hiss etmişik. Onlar hər zaman yanımızda olub. İsrailin Azərbaycanda səfirliyi var idi, ancaq bizim yox idi. Bu hadisəni yüksək qiymətləndirirəm”.
İsraildə səfirlik açılmasının İranla münasibətə necə təsir edəcəyi ilə bağlı deputat bunları deyib: “İrana bir az hörmət edirdik, ancaq gördük ki, onlara dəyməzmiş”.