-
- 22-01-2020, 12:40
- 1 209
İki uşaq atası dəm qazından boğulub öldü
Masallı rayonunda 28 yaşlı oğlan dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə yanvarın 21-i günorta saatlarında rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yuyunmaq üçün yaşadığı evin həyətindəki hamam otağına gedib və yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
F.Bağışovun meyiti avtomatik su qızıdırıcısının yerləşdiyi soyunub-geyinmə otağından tapılıb. Onun iki övladı olub.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. /qafqazinfo.az/