İran millisinin futbolçuları dövlət himnini oxumayıblar
    • 21-11-2022, 18:34
    • 216

İran millisinin futbolçuları dövlət himnini oxumayıblar

İran millisinin futbolçuları Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdikləri B qrupunun ilk tur oyunundan öncə dövlət himnini oxumayıblar.

News24.az  "Report"a istinadən xəbər verir ki, yığma üzvləri ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab Avropa təmsilçisinin xeyrinədir - 3:0.