Baş nazirlər birgə layihələri müzakirə ediblər
    • 22-11-2022, 20:14
    • 242

Baş nazirlər birgə layihələri müzakirə ediblər

Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı olub.

News24.az TASS-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin nəqliyyat və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Hökumət başçıları 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı olaraq aktual məsələləri müzakirə ediblər. Mişustin və Əsədov Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.